İran Netanyahunu belə "həbs edəcək" - Video

İran Netanyahunu belə "həbs edəcək" - Video
14:39

ABŞ və İran arasında danışıqların davam etdiyi bir vaxtda Yaxın Şərqdə gərginlik artmaqdadır.

News365.az xəbər verir ki, hadisələr fonunda SEPAH-a yaxınlığı ilə tanınan “Fars News” agentliyi İsrailin baş naziri Benjamin Netanyahunun İranın xüsusi təyinatlıları tərəfindən qaçırıldığını əks etdirən animasiya videosu yayımlayıb.

Təbliğat xarakterli olduğu bildirilən və süni intellektlə hazırlanan animasiyada Netanyahunun qandallanaraq aparıldığı səhnələr yer alır. Video qısa müddətdə sosial mediada yayılaraq trend mövzusuna çevrilib.

Paylaşımın bölgədə siyasi və hərbi gərginliyin yüksəldiyi bir vaxta təsadüf etməsi diqqət çəkir. ABŞ-nin bölgəyə ikinci təyyarədaşıyan gəmi göndərdiyi, İsrailin isə İrana qarşı ritorikasını sərtləşdirdiyi bildirilir. /Azad İran


Sizin reklam burada
Sizin reklam burada