İran ABŞ pilotsuz aparatını məhv edib

İran ABŞ pilotsuz aparatını məhv edib
13:33

İranın İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

News365.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, hadisə zamanı ABŞ ordusuna aid MQ-9 tipli pilotsuz aparat məhv edilib. Bildirilir ki, eyni zamanda RQ-4 kəşfiyyat təyyarəsi və F-35 qırıcısı İran hava məkanını tərk etməyə məcbur olub.

Məlumatı yayan Tasnim News Agency qeyd edib ki, SEPAH qarşı tərəfə atəşkəs rejiminin pozulmasının qəbuledilməz olduğunu çatdırıb.

Açıqlamada həmçinin vurğulanıb ki, İran tərəfi mümkün təhdidlərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada