İran ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurub.
Bu barədə dünya mediası xəbər verir.
“Al Jazeera”nın yaydığı məlumata görə, Küveyt bildirib ki, İran elektrik stansiyasına və suyun duzsuzlaşdırılması obyektinə zərbə endirib. Hücum nəticəsində yanğın baş verib və elektrik enerjisinin istehsalında fasilələr yaranıb. Bildirilir ki, bu, son iki gün ərzində baş vermiş ikinci oxşar hadisədir.
Bundan əlavə, İordaniyanın paytaxtı Əmmanda hava həyəcanı siqnalları səslənib. Məlumatlara görə, oxşar siqnallar Bəhreyndə də qeydə alınıb.
Həmçinin Pars Today xəbər verir ki, İran Əhvaz şəhəri üzərində ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurub.
Qeyd edək ki, bu xəbər müxtəlif media mənbələrinin iddialarını əks etdirsə də, məlumatlar rəsmi təsdiqini tapmayıb.