Aparıcı Lamiyyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərə bloqerlərin dəvət olunması məsələsinə münasibət bildirib.
News365.az xəbər verir ki, tele-aparıcı bu mövzunu öz verilişində gündəmə gətirib. O, bloqer və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını desə də, təhsil müəssisələrinin əsas məqsədinin maarifləndirmə və tələbələrə faydalı biliklər qazandırmaq olduğunu vurğulayıb.
Lamiyə Ələkbərova bildirib ki, əvvəllər universitetlərdə tələbələrlə görüşlərə daha çox şair, yazıçı və professorlar dəvət olunurdu. Onun sözlərinə görə, belə görüşlər zamanı tələbələr tanınmış ziyalıların təcrübəsindən yararlanmağa çalışırdılar.
"Bloger sənətinə hörmətim var. İnfluenser, bloger adları yaranıb, hörmətlə yanaşıram. Hərənin bir sənəti var", - deyə aparıcı qeyd edib.
Lamiyə Ələkbərova daha sonra universitetlərdə blogerlərlə keçirilən görüşləri sual edib:
"Universitetlərə, təhsil ocaqlarına müraciət edirəm: əvvəllər tələbələrlə görüşə şairlər, yazıçılar, professorlar dəvət olunurdu. Tələbələr yığışırdı, yazıçı Anardan nəsə öyrənməyə çalışırdı. İndi universitetdə bloqerlə görüş edirlər. Bloqerlər tələbəyə nə öyrədəcək?"