İntihara cəhd edən şairin son durumu açıqlandı

İntihara cəhd edən şairin son durumu açıqlandı
30 Mar 2025 20:15

İntihara cəhd edən qazi-şair Həsən Kürün (Zeynallı) vəziyyətində irəliləyiş var.


News365.az xəbər verir ki, bu barədə yazıçı Azad Qaradərəli məlumat verib.


O bildirib:


"Bu gün qazi şair Həsən Kürü Sabunçu xəstəxanasında ziyarət etdim.Şükür! Səhhətində xeyli irəliləyiş var.Amma hələ də ciddi müalicələr almalıdır.İnanıram ki,onu dövlət rəsmiləri yalqız qoymayacaqlar".


Qeyd edək ki, qazi-şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.


Hazırda qazi-şairin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) müalicəsi davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada