Siyasi partiyalara XƏBƏRDARLIQ: Aprelin 1-dək...

Siyasi partiyalara XƏBƏRDARLIQ: Aprelin 1-dək...
30 Mar 2025 18:07

Martın 31-i siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.

Siyasi partiyalar hər il aprelin 1-dən gec olmayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim etməlidir.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Məlumat üçün bildirək ki, MSK sədri Məzahir Pənahov qurumun martın 18-də keçirilən iclasında məsələni xatırladaraq lazımi addımların atılmalı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınan 26 partiya mövcuddur.


Sizin reklam burada
Sizin reklam burada