“Ailənizi hər şey üçün dağıtmayın. Biri var kişi sənə hərtərəfli kömək edir… Bir kişi sənin pulunu verirsə qoy, hara gedirsə getsin. Sənə kürk, qızıl verir, nə deyirsən edir. Hara gedirsə, gecə gələcək”.
News365.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Milli dəyərlər” yutub layihəsində deyib. Qarmon ifaçısı boşanmalardan danışıb:
“Ayrılıb gedirlər aliment alırlar. Kürk də, brilyant da getdi. Alimenti də bir ay verməyəndə, balağını çəkirsən başına. Biri də var fərsiz kişi…
Onu qəbir də düzəltməz. Kişi əvvəldən şorgöz olub. Kişinin pulu evdə, özü çöldə olar. Hara getsə, evə gələcək.
Ər ər kimi yox, qardaş, ata, dayaq olmalıdır. Tək qadın üçün çətindir. Cavanlar pis başa düşməsin. Sənəti olan qadın qazanır. Vay o günə sənəti yoxdur, otur ye, niyə başqasına verirsiniz? Deyingən arvad çoxdur. Hər şeyi söz etməyin. Kişi qaçır. Niyə deyinirsən? Gəzirsən, geyinirsən. Nəyin çatmır?”.