Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan və Silahlı Qüvvələrin Raket Qoşunları və Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan vəzifəli səhlənkarlıqda ittiham olunurlar.
News365.az xəbər verir ki, bu barədə “Faktinfo” məlumat yayıb. Məlumata görə, Ermənistan Baş Prokurorluğu Akopyan və Arutyunyandan dövlətə dəymiş ziyana görə təqribən 4,5 milyard dramın müsadirə edilməsini tələb edir.
İddia Korrupsiyaya Qarşı Mübarizə Mülki Məhkəməsində 17 mart 2025-ci ildə qeydə alınıb və həmin gün hakim Lili Drmeyanın adına imzalanıb.