Naxçıvanda ağır qəza: 4 nəfər xəsarət aldı

Naxçıvanda ağır qəza: 4 nəfər xəsarət aldı
01 Apr 2025 17:45

Babək rayonunda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb. 

News365.az xəbər verir ki, hadisə rayonun Çeşməbasar kənd ərazisində qeydə alınıb. 77-YA-725 dövlət nömrə nişanlı "Changan" və 69-TA-153 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub. 

Qəza nəticəsində Ordubad rayon Vənənd kənd sakinləri - 1960-cı il təvəllüdlü Qafarov Əli Zeynalabdin oğlu, 1963-cü il təvəllüdlü Muxtarova Şahnaz Vəli qızı, 1977-ci il təvəllüdlü Muxtarov Nadir Vaqif oğlu və rayonun Anaqut kənd sakini, 1983-cü il təvəllüdlü Ağayeva Kifayət Cəbrayıl qızı xəsarət alıblar. 

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.  Faktla bağlı araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada