Elşad Namazov vəzifədən getdi

Elşad Namazov vəzifədən getdi
11:01

Abşeron Logistika Mərkəzinin Marketinq və Kommunikasiya Departamentinin direktoru Elşad Namazov vəzifəsindən ayrılıb.

News365.az xəbər verir ki, o, mərkəzdə 8 illik fəaliyyətini tamamladığını bildirib.

E.Namazov 2024-cü ildən bu vəzifədə çalışırdı. 2018-2024-cü illərdə isə Departament daxilində Marketinq və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci il tarixində fəaliyyətə başlayıb.

Mərkəz 65,7 hektar ərazini əhatə edir və Qafqaz regionunun ən böyük quru yük limanlarından biridir.\\İqtisadiyyat.az


Sizin reklam burada
Sizin reklam burada