SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO

SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
11:11

“SOCAR Tech”də rəhbər vəzifəyə yeni təyinat olub.

News365.az xəbər verir ki, müvafiq əmrlə Namiq Pirimov şirkətin
Sənaye proseslərinin rəqəmsallaşdırılması üzrə direktoru vəzifəsinə təyin olunub.

O, 2022-ci ildən bu təyinatadək şirkətdə Sənaye həlləri departamentinin baş meneceri, 2019-2022-ci illərdə menecer, 2018-2021-cu illərdə isə aparıcı məaləhətçi vəzifələrində çalışıb.

O, 2009-2015-ci illərdə isə SOCAR-ın özündə fəaliyyət göstərib.

Qeyd edək ki, SOCAR Tech — SOCAR-ın rəsmi rəqəmsal transformasiya qolu və texnologiya şirkətidir (əvvəlki adı Caspian Innovation Center).

1549155


Sizin reklam burada
Sizin reklam burada