İmişli sakini qətlə yetirilib - həmkəndlisi saxlanılıb

İmişli sakini qətlə yetirilib - həmkəndlisi saxlanılıb
18 Yan 2025 10:37

İmişlidə qətl hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Sarxanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyhatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən F.Allahverdiyevi saxlayıb, faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada