İmamoğlunun ortağı olduğu şirkətə həbs qoyuldu

İmamoğlunun ortağı olduğu şirkətə həbs qoyuldu
19 Mar 2025 23:15

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ortağı olduğu "İmamoğlu İnşaat Ticarət və Sənaye Anonim" şirkətinə həbs qoyulub.


News365.az xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb.


Bildirilib ki, həbs Baş Prokurorluğun tələbi ilə tətbiq edilib.


Qeyd edək ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada