Təbiətdə sağ qalmaq üçün müxtəlif strategiyalar inkişaf etmişdir. Fotoda gördüyünüz canlı nadir milçək növünün sürfə mərhələsindəki halıdır. Onun arxasında buynuzlara və iki gözə bənzəyən saxta üzü – bir növ maskası var.
Bu saxta üzlə o, termitlərin (tarakankimilər dəstəsindən) yuvasına girir, özünü bala kimi göstərib onları aldadır və hazır yeməklər yeyir. Beləliklə, nə ovlanmaqla məşğul olur, nə də yemək tapmaq üçün enerji sərf edir – hər şey ona hazır şəkildə təqdim olunur.
Təbiətdə digər növləri təqlid edərək sağ qalmaq, ovlanmaq və ya cütləşmək şansını artıran müxtəlif canlılar mövcuddur. Bu milçək sürfəsi də həmin strategiyadan istifadə edir. İnsan olsaydı, böyük ehtimalla yüksək mövqelərdə ola bilərdi!