Güllələnən müəllim evə buraxıldı

Güllələnən müəllim evə buraxıldı
12:33

"İdrak" liseyində fevralın 6-da şagirdin yaraladığı müəllimə evə buraxılıb.

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.


Sizin reklam burada
Sizin reklam burada