İdman şərhçisi 3 il həbs edilə bilər - o hansı dialoqu mətbuata yayıb?

İdman şərhçisi 3 il həbs edilə bilər - o hansı dialoqu mətbuata yayıb?
14:38

Türkiyəli idman şərhçisi və keçmiş hakim Erman Toroğlu barəsində 3 ilədək həbs cəzası tələbi ilə cinayət işi açılıb.

News365.az xəbər verir ki, ittihama əsasən, Toroğlu fevralın 8-də televiziya proqramında "Qalatasaray" prezidenti Dursun Özbek ilə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu arasında baş tutduğu iddia edilən görüşlə bağlı açıqlamalar verib. 

Bununla əlaqədar ona qarşı “ictimaiyyəti açıq şəkildə yanlış məlumatlandırma” ittihamı üzrə araşdırma başlanıb.

Prokurorluq hesab edir ki, Toroğlu ictimaiyyətdə yanlış təsəvvür yaratmağa və dövlət qurumlarına olan etimada mənfi təsir göstərməyə çalışıb. İttiham aktında onun hərəkətlərində ictimai narahatlıq, qorxu və ya təşviş yaratmaq niyyətinin olduğu da qeyd edilib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada