İcazəsiz yerlərdə qurban kəsiminə cəhdlər olub - Agentlik

İcazəsiz yerlərdə qurban kəsiminə cəhdlər olub - Agentlik
17:45

27-28 may tarixlərində Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilib. Xalqımızın böyük hissəsi bu müqəddəs günlərdə qurban kəsərək dini ayinləri yerinə yetirib. Təəssüf ki, həmişə olduğu kimi, qurban kəsimi zamanı sanitariya qaydalarına, baytarlıq tələblərinə və müəyyən olunmuş məkanlardan istifadəyə riayət olunması məsələlərində nöqsanlar da gözə çarpıb.

Builki Qurban bayramı günlərində hansı nöqsanlar qeydə alınıb?

News365.az xəbər verir ki, bu suala Qurumun mətbuat katibi İlkin Kərimov cavab olaraq bildirib ki, 27-28 may tarixlərindəki Qurban bayramı günlərində ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların sanitar-gigiyenik tələblərə uyğun şəkildə satış və kəsim xidmətləri təşkil edilib:

"Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunub. Bunun üçün Agentlik tərəfindən bütün zəruri tədbirlər görülüb. 

Kəsimdən əvvəl və sonra ərazinin aidiyyəti qurumlar tərəfindən dezinfeksiya edilməsi, həmçinin  tullantıların daşınması işləri həyata keçirilib.

Daxili işlər orqanları ilə birgə operativ müdaxilə nəticəsində qanunsuz hallara bir neçə cəhdin qarşısı alınıb"./// Modern


Sizin reklam burada
Sizin reklam burada