Hücum davam etsə, zəvvarlarımız ölkəyə necə qayıdacaq?

Hücum davam etsə, zəvvarlarımız ölkəyə necə qayıdacaq?
13 İyn 2025 22:40

“Baş verən son hadisələrlə əlaqədar (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq”.

News365.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

“AZAL-dan məlumat veriblər ki, zəvvarların qayıdışı ilə bağlı heç bir problem olmayacaq. Mövcud durum davam etsə, təyyarələrin marşrutları dəyişdiriləcək və təhlükəsiz hava dəhlizi ilə uçuşlar həyata keçiriləcək”, - deyə o qeyd edib.

V.Cahangiri, həmçinin əlavə edib ki, zəvvarlar müqavilədən kənara çıxıb müstəqil formada qayıdırlarsa, problem yarandığı təqdirdə Qafqaz Müsəlmanları İdarəsi məsuliyyət daşımır.


Sizin reklam burada
Sizin reklam burada