Hindistanda sərnişin qatarı ilə toqquşma nəticəsində səkkiz fil həlak olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qəza fil sürüsü relslərdən keçərkən baş verib. Toqquşma nəticəsində lokomotiv və beş vaqon relsdən çıxıb. Hadisənin miqyasına baxmayaraq, sərnişinlərdən heç biri xəsarət almayıb.
Hindistan hakimiyyəti bir neçə ildir ki, dəmir yolu xətlərinin yaxınlığında vəhşi təbiətin monitorinq sistemləri quraşdıraraq oxşar hadisələrin qarşısını almağa çalışır. Lakin yerli hakimiyyət orqanlarının məlumatına görə, hər il relslərdə iyirmiyə qədər fil ölür.