BƏƏ-nin Dubay şəhərində leysan səbəbindən hava limanının işində problem yaranıb və 200-dən çox reys gecikib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, güclü yağış səbəbindən ümumilikdə BƏƏ-nin şəhərlərini su basıb.
Ölkə rəhbərliyi sakinləri evlərini tərk etməməyə, su basmış ərazilərdən uzaq durmağa, eləcə də səfərlərini təxirə salmağa çağırıb.
Ölkənin Milli Meteorologiya Mərkəzi leysanın və güclü küləyin davam edəcəyini proqnozlaşdırıb.
Sosial şəbəkələrdə isə Dubay və Əbu Dabi şəhərlərinin leysandan sonrakı vəziyyətini əks etdirən görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik: