Qazaxda maşın hasara çırpıldı - Ölən və yaralanan var

Qazaxda maşın hasara çırpıldı - Ölən və yaralanan var
09:50

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev hadisə yerində həyatını itirib. 1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada