ABŞ-ın Nyu-Cersi ştatında iki sərnişin qatarı toqquşub.
Musavat.com xəbər verir ki, hadisə axşam saatlarında Montkler şəhərində, Montclair–Boonton xətti üzərində baş verib.
İlkin məlumatlara görə, qəza nəticəsində 17 nəfər yüngül xəsarət alıb. Rəsmilər bildiriblər ki, yaralıların həyatı üçün təhlükə yoxdur.
Qəza səbəbindən Montclair Heights və Bay Street stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Sərnişinlərin daşınması üçün həmin marşrut üzrə avtobuslar cəlb olunub.
Hadisənin dəqiq səbəbləri araşdırılır. Yerli nəqliyyat və təhlükəsizlik qurumları qəzayla bağlı istintaqa başlayıb.