Müəllim ixtisasını seçənlər qabiliyyət imtahanı verəcəklər? - AÇIQLAMA

Müəllim ixtisasını seçənlər qabiliyyət imtahanı verəcəklər? - AÇIQLAMA
16:35

Müəllim ixtisasını seçəcək abituriyentlər üçün qabiliyyət imtahanının tətbiqi məsələsi hazırda aktual hesab edilmir”

Bu fikirləri təhsil eksperti Məzahir Məmmədli səsləndirib.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə müəllimlik ixtisasına qəbul zamanı qabiliyyət imtahanının keçirilməsi ilə bağlı aparılan müzakirələr göstərir ki, bu fikir nə cəmiyyət, nə də sosial media iştirakçıları tərəfindən müsbət qarşılanıb:

“Müzakirələr də göstərdi ki, bu mövzu cəmiyyət tərəfindən qəbul edilmir və geniş dəstək tapmır. Bu isə onu deməyə əsas verir ki, müəllimlik ixtisası üçün qabiliyyət imtahanı məsələsi bu gün üçün aktual deyil”.

Məzahir Məmmədli qeyd edib ki, son illərdə müəllimlik ixtisasını seçən abituriyentlərin bal göstəriciləri xeyli yüksəlib. Son statistik göstəricilər də bunu təsdiqləyir:

“Pedaqoji universitetin apardığı sorğulara əsasən, 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin əksəriyyəti müəllimliyi birinci ixtisas kimi seçir”.

Bununla yanaşı, M.Məmmədli qəbul sistemində mövcud olan problemlərə də toxunub. O, bildirib ki, bəzən hüquq və ya tibb ixtisasını seçib sonradan tarix, coğrafiya, kimya və biologiya müəllimi olan şəxslər də var:

“Təəssüf ki, belə hallar mövcuddur. Bu isə Dövlət İmtahan Mərkəzinin ixtisaslar üzrə deyil, qruplar üzrə qəbul aparması ilə bağlıdır”.

Ekspertin fikrincə, mövcud qəbul mexanizmi təkmilləşdirilməli, lakin müəllimlik ixtisası üçün qabiliyyət imtahanının tətbiqi hazırkı mərhələdə məqsədəuyğun deyil./// KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada