Quterreşdən çağırış: Dərhal azad edin!

Quterreşdən çağırış: Dərhal azad edin!
19 Dek 2025 22:40

Ötən gün husilərin de-fakto hakimiyyət orqanları tərəfindən 10 BMT əməkdaşı əsassız şəkildə saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə danışan BMT Baş katibi Antonio Quterreş bütün əməkdaşların qeyd-şərtsiz azad edilməsinə çağırıb.

Baş katib bildirib ki, bu cür hadisələr nəticəsində yardıma ehtiyacı olan milyonlarla insanın həyati əhəmiyyət daşıyan humanitar yardıma çıxışı məhdudlaşır.

Qeyd edək ki, husilər tərəfindən saxlanılan BMT əməkdaşlarının sayı 69-a çatıb.


Sizin reklam burada
Sizin reklam burada