Napoleonun üzüyü muzeydə oğurlandı

Napoleonun üzüyü muzeydə oğurlandı
09:33

Belçikanın Jenap kommunasında iki naməlum şəxs "Napoleonun Son Qərargahı" muzeyinə daxil olaraq kolleksiyadan bir neçə əşya oğurlayıb.

News365.az xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. Oğurlanan əşyalar arasında birbaşa Napoleona məxsus brilyant qaşlı qızıl üzük, həmçinin Napoleon dövründə buraxılmış qızıl və gümüş sikkələri olub.

Hadisə ilə bağlı istintaq başlanıb.


Sizin reklam burada
Sizin reklam burada