Hərbçilərimiz və aviasiya vasitələri Türkiyəyə yola düşüb - VİDEO

Hərbçilərimiz və aviasiya vasitələri Türkiyəyə yola düşüb - VİDEO
09 May 2025 20:50

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.



Sizin reklam burada
Sizin reklam burada