HƏMAS İsrailə girovların yeni siyahısını təqdim edib

HƏMAS İsrailə girovların yeni siyahısını təqdim edib
21 Fev 2025 15:15

Həmas İsrailə fevralın 22-də azad ediləcək girovların siyahısını təqdim edib. Bu barədə xarici KİV məlumat yayıb.


Qeyd edilib ki, onların arasında altı İsrail vətəndaşı var. Sərbəst buraxılan hər mülki şəxsə görə İsrail 30 fələstinli məhbusu, o cümlədən terrorizmdə təqsirli bilinənləri azad etməlidir.


Yanvarın 19-da İsrail və HƏMAS arasında razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında atəşkəs qüvvəyə minib. Həmin gün Fələstin hərəkatının üzvləri üç girovu Beynəlxalq Qızıl Xaç Hərəkatının nümayəndələrinə təhvil veriblər.



Tural


Sizin reklam burada
Sizin reklam burada