HƏMAS daha bir İsrail girovunun cəsədini təhvil verəcək

HƏMAS daha bir İsrail girovunun cəsədini təhvil verəcək
27 Okt 2025 22:20

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında girov götürülmüş daha bir şəxsin cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

News365.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında yayımlanıb.

"[İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi] razılaşmasının bir hissəsi olaraq yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00) daha bir israilli girovun cəsədini [tibb işçilərinə] təhvil vermək qərarına gəldik", - açıqlamada vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada