35 saniyə ərzində
güzəştli mənzillərin satışının bitməsi, tələb və təklif arasındakı böyük fərq
bu məsələyə bir qədər daha ədalətli yanaşmanı zəruri edir. İnsanlara güzəştli mənzil
fürsətinin yaradılması sözsüz ki, uğurlu və təqdirə layiq işdir.
Lakin bu
prosesin ən böyük çatışmayan tərəfi ev qazanmaq şansını insanların əl
bacarıqlarına və istifadə etdikləri avadanlıqların texniki göstəricilərinin öhdəsinə
və ya sosial həsassılqla heş bir əlaqəsi olmayan amillərin öhdəsinə
buraxmaqdır. Yəni bütün proses boyu sosial həssaslıq faktorları nəzərə alınan
bir işin ən son həlledici məqamında bu sosial həssaslığın nəzərə alınmadan digər
amillərin önə çıxmasını doğru hesab etmirəm.
Əgər sual
olunursa ki, məsələn, 10 müraciətçi və 3 mənzil varsa, bunu necə verək?
Bununla
bağlı bir dəfə ümumi yazmışdım. İndi isə konkret təkliflərimi yazmaq istəyirəm.
Çox rahat şəkildə
müraciətçilər arasında həssaslıq dərəcəsinin və ehtiyacların qiymətləndirilməsi
üçün daha təkmil bir sistem yaradıla bilər. Şərti olaraq bunu, “Ehtiyac Qiymətləndirilməsi
Sistemi” adlandıra bilərik. Bu sistem insanların həm həssaslı dərəcəsini, həm də
evlərə olan ehtiyaclarının dərəcəsini qiymətləndirə və sıralaya bilər.
İnsanın iki
gözünu də bir-birindən fərqləndirmək olur. Dünyada tam bərabər heç nə yoxdur.
Deməli, hər bir həssas qrup nümayəndəsi mütləq digərindən çox həssas və ya az həssasdır.
Odur ki, avtomatlaşdırılmış bu sistem ən azı sosial həssaslıq dərəcəsi və
ehtiyac dərəcəsi kimi 2 kritertiya üzrə qiymətləndirmə apara bilər. Məsələn, Şəhid
ailəsi, müəllim, hərbiçi və digər kriteriyalar üzrə qiymətləndirə bilər. Amma əvvəlcə
bu həssaslıq dərəcələri çoxdan aza doğru xüsusi dövlət komissiya tərəfindən
kodlaşdırılaraq sıralanmalı və yaradılacaq avtomatlaşdırılmış sistem bu əsasdan
formalaşmalıdır. Yəni, ayrı-ayrı indekslər yaradılır və bu indekslər ən ədalətli
sıralamanı təmin edir.
Birinci növbədə
sıralama prosesi həssaslıq dərəcəsinə görə aparılır. Eynilik yaranacağı
hallarda isə ikinci kriteriyadan istifadə edilməlidir. Bu kriteriya isə
“Ehtiyac” kriteriyası olmalıdır. Bu kriteriya üzrə müraciətçinin yaşayış şəraiti,
gəlirləri və digər sosial amilləri qiymətləndirilə və sıralana bilər. Tikilən
binalar isə sistemin sıralaması əsasında paylana bilər. Şəffaflığın təmin edilməsi
üçün isə mütləq bu sıralama bütün digər müraciətçilər üçün açıq olmalıdır.
Amma bu
zaman bir problem çıxa bilər. Daha az həssas hesab edilən qruplar sıralamada
daim geridə qala və mənsizlərə sahiblənə bilməzlər. Bu problem həll etmək üçün
isə Avtomatlaşdırılmış Sistem sıraladığı müraciətçiləri həm də qruplar daxilində
sıralamalıdır. Bundan sonra mənzillər həmin qruplar arasında mütənasibliklə
bölünməlidir. Məsələn, hər 100 mənzildən 30-u vətən müharibəsilə bağlı olan həssas
qurplar üçün, 20-si müəllim qrupu üçün, 15-i dövlət qulluqçuları üçün və s.
Yuxarıda
yazdıqlarım mürəkkəb görünərsə, müraciət olunacağı təqdirdə təkliflərimi daha
detallı şəkildə hazırlayaraq təqdim edə və prosesdə şəxsən iştirak edə bilərəm.
Digər daha
bir sadə, amma ədalətli variant da mövcuddur. O zaman ya xüsusi sistem lazım
deyil, ya indeksləşdirmək. Sadəcə televiziyada xüsusi qurumların nümayəndələrdən
ibarət komissiyanın iştirakı ilə canlı yayımda lotoreya vasitəsilə qaliblərin
seçilməsi daha ədalətli olardı. O zaman hər kəsin qalib olma ehtimalı (şansı) bərabər
olardı. Ehtimalların bərabər paylanması ədaləti də bərabər paylamış olar.
Eldəniz Əmirov, iqtisadçı ekspert
News365.az