Gecə boyu kondisionerin işlək vəziyyətdə qalmasının sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib.
Bu haqda tibb bacısı Xorxe Angel aif.ru-ya müshaibəsində məlumat verib.
Onun sözlərinə görə, kondisioner otaqdakı rütubəti azaldır. Bu isə hava yollarının və dərinin qurumasına səbəb olur, allergiya, astma və bronxit kimi xəstəlikləri ağırlaşdıra, həmçinin dəri qıcıqlanmasına yol aça bilər.
Mütəxəssis bildirib ki, soyuq hava bədənin həddindən artıq soyumasına səbəb olaraq əzələ spazmları və qıcolmalar yarada bilər.
Xorxe Angel yatmazdan əvvəl otağın sərinlədilməsini, gecə isə kondisionerin söndürülməsini tövsiyə edib. O, həmçinin havanın çox qurumasının qarşısını almaq üçün təbii havalandırmaya üstünlük verilməsini və lazım gəldikdə nəmləndiricidən istifadə olunmasını məsləhət görüb. (Redaktor.az)