Füzulidə ağır yol qəzası - 4 yaralı

Füzulidə ağır yol qəzası - 4 yaralı
16:36

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza rayonun Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.

    "Mercedes" və "Daewoo" markalı minik maşınlarının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alıb.

    Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma başlanıb.


    Sizin reklam burada
    Sizin reklam burada