Fransada terror aktı törətməyə çalışan yeniyetmə həbs edildi

Fransada terror aktı törətməyə çalışan yeniyetmə həbs edildi
22 İyn 2025 23:00

Fransa polisi terror aktı planlaşdırmaqda şübhəli bilinən 17 yaşlı yeniyetməni həbs edib.


News365.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bruno Retayo LCI telekanalına açıqlamasında məlumat verib.


"Ötən cümə günü Sarthe departamentində 17 yaşlı oğlan saxlanılıb. O, xüsusilə sinaqoqlarda və bayram tədbirlərində terror aktları törətməyi planlaşdırırdı", – deyə nazir bildirib.


Nazirin sözlərinə görə, saxlanılan şəxs terror aktının icrasına deyil, planlaşdırma mərhələsinə cəlb olunmuşdu.


Sizin reklam burada
Sizin reklam burada