NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü üçün Türkiyəyə ABŞ dövlət katibi Marko Rubiodan başqa Fransanın xarici işlər naziri Jan-Noel Barro da gəlib. Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Barro artıq Antalyada Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə görüşüb.
"Biz sülh prosesinin irəliləməsi üçün diplomatik səyləri əlaqələndiririk. Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynanın daha da gücləndirilməsi müzakirə olunub",- Sibiqa görüşlə bağlı deyib.
Qeyd edək ki, bu gün Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar planlaşdırılır. Tarixi görüşdə ABŞ-dan da nümayəndələrin iştirakı gözlənilir.
Bir gün əvvəl isə Kreml Rusiya nümayəndə heyətinin tərkibini açıqlamışdı. Heyətə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.
Tural