“Fermerlərə dəstək göstərilməsə...“- Ekspertdən XƏBƏRDARLIQ

“Fermerlərə dəstək göstərilməsə...“-  Ekspertdən XƏBƏRDARLIQ
01 İyl 2024 15:27

Xəbər verdiyimiz kimi ötən gün Tarif Şurasının qərarına əsasən benzinin və dizel yanacağının topdansatış qiymətlərində dəyişiklik edilib. Beləki, Aİ-92 benzini 10, dizel 20 faiz bahalaşıb. Aİ-95-sə 20 faiz ucuzlaşıb.

Təbii ki, yanacağın bahalaşması istənilən məhsulun və xidmətin maya dəyərinin artmasına səbəb olacaq.

Məsələ ilə bağlı News365.az- –a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Aİ-92, Aİ-95 və dizel yanacağınının qiymət dəyişikliyinə görə təcili addımlar atılmalıdır:

“Yanacaq xərclərinə görə fermerlərə dəstək mexanizmi hazırlamalıdır. Aİ-92 markalı benzinin qiymətinin 10 qəpik yüksəlməsini başa düşmək olar. Amma bir şərtlə ki həqiqətən də satılacaq benzinin keyfiyyəti Avro5 standartlarına uyğun olsun. Çünki benzinin artan keyfiyyəti daha çox məsafə qət etməyə və ehtiyat hissələrin daha uzunömürlü olması deməkdir. Amma keyfiyyət artmasa, onda heç nə...”

İqtisadçı ekspert Aİ-95 markalı benzinin qiymətinin ucuzlaşmasını isə ekologiyanın və ili nisbətən yeni avtomobillərin dəstəklənməsi baxımından yüksək qiymətləndirir:

“Dizelin qiymətinin 20 faiz yüksəlməsi isə dizel mühərikli avtomobillərin istifadəsinin azalmasına səbəb olaraq ekologiyanın dəstəklənməsinə müsbət fayda versə də, kənd təsərrüfatı istehsalına mənfi təsirini göstərəcək. Buna görə də hökümət fermerlətin dəstəklənməsi üçün mütləq mexanizm hazırlamalıdır.

Onsuz da Aİ-92-nin artması logistik xərcləri və bu da məhsulun maya dəyərini müəyyən qədər artıracaq. Bunun da üzərinə dizelin qiymətinin 25 faiz artmasını gəlsək fermerlər üçün ciddi əlavə xərclər yaranacaq. Həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksələcək, həm də fermerlər ixracda rəqiblərlə qiymət mübarizəsində daha da çətin vəziyyətə düşəcəklər. Kənd təsərrüfatının və fermerin problemi əvvəlcə fermerlərin, daha sonra regionların probleminə çevriləcək, axırda da bu problem bütün ölkənin makroiqtisadi göstəriclırinə öz mənfi təsirini göstərəcək. Buna görə də bir daha qeyd edirəm ki ən qısa zamanda kənd təsərrüfatı istehsalında sərf edilən dizel yanağına görə fermerlərin dəstəklənməsi üçün mexanizm hazırlanmalıdır”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər