Körpüdən birbaşa Mallın 3-cü mərtəbəsinə - Bakıda unikal layihə+VİDEO

Körpüdən birbaşa Mallın 3-cü mərtəbəsinə -  Bakıda unikal layihə+VİDEO
03 İyl 2024 14:29

Paytaxt sakinləri və şəhərimizin qonaqları yaxın vaxtlarda daha bir maraqlı memarlıq nümunəsinə şahidlik edəcək.

Bu barədə News365.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumatda deyilir ki, "Bakı Ağ Şəhər Zaman" meydanı layihəsi çərçivəsində unikalkörpü inşa edilir. 

Layihəyə əsasən uzunluğu 237, eni 7-14 metr olan körpünün 8 seqment vasitəsilə bir dayaq üzərində salınması nəzərdə tutulur. Seqmentlərin diametri 3, uzunluğu 15 metr təşkil edir. Sözügedən dayaq Şərq və Qərb ayaqlarından ibarət olan qoşa dayaq üsulu ilə qurulur.

Piyadalar körpünün üst qatı vasitəsilə cənubda “Baku City Mall” alış-veriş mərkəzinin 3-cü mərtəbəsinə, şimalda Bakı Ağ Şəhərdə yerləşən Fəvvarələr meydanı və 1-ci Fəvvarələr küçəsinə, alt qatı vasitəsilə isə Nobel prospektində yerləşən Zaman meydanına çıxmaq imkanını əldə edəcəklər. Həmçinin “Ağ Şəhər” metro stansiyasına rahat hərəkəti təmin etmək məqsədilə körpüdə eskalator və liftlər inşa ediləcək.

Daha ətraflı aşağıdakı linkdə:

https://www.youtube.com/watch?v=owIMkw-9LLA

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər