“Bayden seçki yarışını tərk edə bilər“ - NYT

“Bayden seçki yarışını tərk edə bilər“ -  NYT
03 İyl 2024 20:28

ABŞ prezidenti Co Bayden Donald Trampla debatdan sonra seçki yarışının davam etdirilməsi perspektivləri barədə fikirləşib.

Bu barədə “The New York Times” siyasətçiyə yaxın mənbələrə istinadən yazır.

Hələlik, həmsöhbətlərdən birinin dediyi kimi, Bayden hələ də yenidən seçilmək üçün fəal mübarizə aparır. Bununla belə, o, şəxsi olaraq etiraf edib ki, yaxın günlərdə amerikalıları öz işini davam etdirməyə hazır olduğuna inandıra bilməsə, namizədliyini geri götürəcək.

Baydenin başqa bir müşaviri nəşrə bildirib ki, prezident onun qarşısında duran siyasi çağırışlardan xəbərdardır.

Lakin Ağ Evin sözçüsü Endryu Bates Baydenin geri addım atması ilə bağlı xəbərin yanlış olduğunu deyib. O, hazırki prezidentin seçki kompaniyasında fəal mübarizə apardığını dilə gətirib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər