“ Azərbaycan iki prioritetlə söz sahibliyinə yiyələnmək istəyir“ - Politoloq

“ Azərbaycan iki prioritetlə söz sahibliyinə yiyələnmək istəyir“ -  Politoloq
03 İyl 2024 13:55

"Azərbaycan iki prioritetlə həmin istiqamətə keçid edərək söz sahibliyinə yiyələnmək istəyir."

Politoloq Akşin Kərimov bunu News365.az-a açıqlamasında deyib.

"Azərbaycan COP29-la beynəlxalq miqyasda iqlim təhlükəsizliyi istiqamətində öhdəliklərini vurğulayan istiqamətlər qazanır. Əvvəllər geosiyasət əsasən təhlükəsizlik və iqtisadi narahatlıqlarla ifadə olunurdu. Bu gün isə iqlim dəyişikliyi mövzusu sürətlə kritik geosiyasi məsələyə çevrilir. Azərbaycan iki prioritetlə həmin istiqamətə keçid edərək söz sahibliyinə yiyələnmək istəyir. Birincisi, Azərbaycan yaşıl enerjiyə keçid edir və yaşıl enerji resurslarının ixracı potensialı ilə diqqət çəkir. İkincisi, Azərbaycan xarici siyasətdəki prioritetlərinə iqlim dəyişikliyi ilə mübarizə çalarları qataraq regional və beynəlxalq geosiyasi faydalar qazanır.

COP29 çərçivəsində Azərbaycana beynəlxalq səviyyədə verilən dəstəklər rəsmi Bakının strateji prioritetləri üçün faydalıdır."- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər