“Azərbaycan NATO ilə əməkdaşlığın davamında maraqlıdır“ - Politoloq

“Azərbaycan NATO ilə əməkdaşlığın davamında maraqlıdır“ -  Politoloq
03 İyl 2024 14:27

Azərbaycan hərbi bloklara qoşulmasa da, NATO ilə əməkdaşlığın davamında maraqlıdır.

Politoloq Elxan Şahinoğlu bunu News365.az-a açıqlmasında deyib.

 "Azərbaycan ordusu Türkiyə və deməli NATO standartlarını mənimsəməyi qarşısına məqsəd qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” tezisi buna dəlalət edir. Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fikslə görüşüb. NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirən Kərim Vəliyev Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə vurğulayıb. Kərim Vəliyev eyni zamanda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini söyləyib. Stefan Fiks də öz növbəsində Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər