Fransanın sabiq XİN rəhbəri vəfat etdi

Fransanın sabiq XİN rəhbəri vəfat etdi
03 İyl 2024 21:16

Fransa Prezidenti Fransua Miteranın dövründə (1984-1986 və 1988-1993-cü illərdə) ölkənin xarici siyasət idarəsinə rəhbərlik etmiş fransız siyasətçi Rolan Düma vəfat edib.

Bu barədə “Agence France-Presse” onun ailəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, siyasətçi bu gün 102 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Roland Düma 1950-ci illərin ortalarından 1980-ci illərin sonuna qədər müxtəlif vaxtlarda Sosialist Partiyasından üç dəfə Fransa Milli Assambleyasının üzvü olub. Düma eyni zamanda Fransanın Avropa işləri üzrə nazir nümayəndəsi (1983-1984) və Fransa Konstitusiya Şurasının sədri (1995-2000) vəzifələrində çalışıb.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər