Rusiya rumıniyalı diplomatı deportasiya edib

Rusiya rumıniyalı diplomatı deportasiya edib
03 İyl 2024 23:39

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlı prinsipə uyğun olaraq rumıniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini bəyan edib.

Nazirlikdən verilən açıqlamada Rumıniyanın Moskvadakı səfiri Kristian İstratenin nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda Rusiyanın Buxarestdəki səfirliyində çalışan diplomatın heç bir əsas olmadan persona non qrata elan edildiyi xatırladılıb və bu vəziyyətə kəskin etiraz edildiyi vurğulanıb.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər