“Bağlı qapılar arxasında nə olaylar olur, bilmirik, görmürük“ - İradə İsaq

“Bağlı qapılar arxasında nə olaylar olur, bilmirik, görmürük“ -  İradə İsaq
03 İyl 2024 13:25

Jurnalist İradə İsaq feysbuk səhifəsində paylaşım edib.

News365.az xəbər verir ki, o, bəzi ailələrdə olan problemlərdən söz açıb.

"Deməli, bir tanış xanım var. Dərdləşir mənimlə. Məsləhət istəyir.

Həyat yoldaşı evlənənə qədər özünü çox əliaçıq, çox comərd insan kimi göstərib. Qadın da bu obraza heyran olub, onunla ailə qurub. Bir neçə müddət sonra məlum olub ki, dünyanın ən xəsis, ən qorxaq adamına ərə gedib xanım.

Məsələn, qızına geyim, ayaqqabı alır, əvvəlcə "al" deyir, sonra gününü qara edir ki, niyə almısan, ya da pulunu özün ödə.

Hər gün evlərində dava-qırğındır. Kişinin qışqırığı evi bürüyüb.

Kişi evə özü qonaq çağırır. Pul verir ki, bazarlıq et. Yeyir-içir, qonaqlar gedəndən sonra dava salır ki, niyə pulu xərcləmisən, özün alaydın.

Əvvəlcə "al" deyir, sonra evi dağıdır ki, niyə pulu xərcləmisən?

Zəng vuran qohumlara deyir ki, narahat olma toya gələcəyik. Sonra evə dava salır ki, mən pulunu ödəmirəm, getmirəm. Getmək istəyirsənsə, özün ödə.

Bu dünyada nə dəhşətlər var...

Bağlı qapılar arxasında nə olaylar olur. Bilmirik, görmürük. Boşanandan da deyirlər ki, ay elə, ay belə.

Qalırsan da belə. Nə məsləhət verəsən?"

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər