Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Azərbaycan üçün vacib tərəfdaşlardır- Ekspert

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Azərbaycan üçün vacib tərəfdaşlardır-  Ekspert
03 İyl 2024 14:46

 

"Həm Çin, həm Rusiya Azərbaycanın idxal-ixrac əməliyyatında əhəmiyyətli payı olan ilk üçlükdədir." 

Bunu News365.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O, Şanxay əməkdaşlıq təşkilatının Azərbaycana müsbət təsirləri haqqında danışıb.

O bildirib ki, Şanxay əməkdaşlıq təşkilatı və bu əməkdaşlığa üzv olan ölkələrlə iqtisadi-ticari və tranzit əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanın strateji, siyasi və iqtisadi maraqlarına uyğundur:

“Azərbaycanın həm nəqliyyat infrastrukturlarına, həm tranzit imkanlarına qoyduğu investisiyalar da məhz bu ölkələrlə ciddi iqtisadi və tranzit əlaqələrinin olmasına yönləndirilib. Bu əlaqələrin yaxşılaşdırılması ölkəmizin dayanıqlı davamlı iqtisadi inkişafı üçün əsas məqamdır. 

Şərq-Qərb nəqliyyat dəhlizinin,eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətli üzvləri bu təşkilatda iştirak edir. Qeyd edim ki, Şərq-Qərb təşkilatının üzvləri Azərbaycanın ticarət dövriyəsində mühüm rol oynayır. Həm Çin, həm də Rusiya Azərbaycanın xarici ticarət əlaqələrində ilk üçlükdə yer alır”.

Müsahibimiz onu da əlavə edib ki, Azərbaycanın qeyri-neft ixracının əsas təyinat ölkəsi Rusiyadır:

“Nəzərə alaq ki, Azərbaycan orta, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə xüsusilə maraqlıdır. Bu istiqamətdə həm Ələt dəniz limanının genişləndirməsi, həm Bakı-Tiblis-Qars dəmir yol xəttinin tam gücü ilə işlənməsi, eyni zamanda Zəngəzur dəhlizinin və onun modifikasiyasının formalaşdırılması istiqamətində ölkəmizin səyləri məhz buna yönəlib ki, Çindən Mərkəzə Asiya üzərindən gələn yüklər Azərbaycan üzərindən Qərbə, Türkiyə, Avropaya keçsin.

Azərbaycanın boru nəqliyyat sistemi də mərkəzə Asiyadan gələn enerji resurslarının dünya bazarına çıxarılması üçün təklif olunub. Bu bizim maraqlarımıza uyğundur.

Ümumiyyətlə, bu istiqamətdə işlərinin genişləndirməsi Azərbaycana həm ümumdaxili məhsulunun artırılması, həm məşğulluq imkanlarının genişləndirmək imkanı verir. Bundan ələvə ölkəmizin şirkətlərinin ixrac-idxal əməliyyatlarının yaxşılaşdırılması imkanını artırır və ölkəmizə əlavə strateji və siyasi dividendlər vəd edir.

Yəni, ŞİƏ təşkilatına üzv ölkələrlə əlaqələrin genişləndirməsi, Çinlə, Rusiya ilə, mərkəzə Asiya ölkələri ilə əlaqələrinin yaxşılaşdırılması, Azərbaycanın birbaşa maraqlarına uyğundur. Eyni zamanda da bu şərqlə qərb arasında əsas tranzit ölkə kim formalaşmağımız yolunda mühüm addımdır”.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər