Eyvana çıxıb məhəlləni atəşə tutdu - VİDEO

Eyvana çıxıb məhəlləni atəşə tutdu - VİDEO
11 İyn 2025 12:40

Rusiyada məhəlləni atəşə tutan şəxs saxlanılıb. Kemerovo vilayəti polisinin yaydığı məlumata görə, yerli sakin sakini eyvanında atəş açıb.


Hadisə Stroiteley küçəsində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 49 yaşlı yerli sakin travmatik tapança ilə eyvana çıxaraq atəş açmağa başlayıb. Nəticədə heç kim xəsarət almayıb.


Müvafiq video sosial şəbəkələrdə yayılıb və hadisə şahidlərindən biri polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin vaxt sərxoş vəziyyətdə olan qalmaqallı şəxsi saxlayıblar.


Sosial mediada narazılıq yaradan şəxsdən silahı götürülüb. 

"Həmin şəxs polis bölməsinə aparılıb. Onun əvvəllər məhkum olunduğu məlum olub. O, polisə atəş açmasının məqsədini izah edə bilməyib”, - məlumatda qeyd edilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada