Ukrayna Silahlı Qüvvələrinin (VSU) 82-ci Əlahiddə Desant-Hücum Briqadasının (ODŞBr) hərbçilərinin yaxınları ölkənin bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirib. Bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, etirazlar koordinasiya qərargahının əsir götürülən döyüşçülər haqqında onların yaxınlarına heç nə deməməsindən sonra təşkil edilib.
Hərbçilərin yaxınları belə hesab edirlər ki, Kiyev rəsmiləri onların tələblərinə qəsdən məhəl qoymur və desantları geri qaytarmağı planlaşdırmırlar. Çünki onların çoxu məcburi səfərbər edilib. Ukraynalı etirazçılar Rusiya və Ukrayna arasında gözlənilən əsir mübadiləsində desantların yenidən siyahıdan kənarda qalacağından narahatdırlar və hakimiyyət bunu Moskvanın imtinası ilə əlaqələndirəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural