"Suriyanın yeni hakimiyyət orqanları ərazidə genişmiqyaslı zorakılıqlar törədib"- ŞƏRH

"Suriyanın yeni hakimiyyət orqanları ərazidə genişmiqyaslı zorakılıqlar törədib"- ŞƏRH
08 Mar 2025 11:41

"İran, Rusiya və İsrailin regionda təsiri böyükdür. Ən çox diqqət çəkən məqamlardan biri isə bu ölkələrdən ikisinin – İran və İsrailin – bir-birinə düşmən olmasına baxmayaraq, eyni proksi qüvvəyə dəstək verməsidir."

Siyasi şərhçi Bəkir Həsənbəyli bu sözləri News365.az-a açıqlamasında deyib. 


"İran və İsrail uzun illərdir ciddi düşmən münasibətində olsalar da, siyasi maraqlar və məqsədlər baxımından bəzən ortaq qüvvələri dəstəklədikləri müşahidə olunur. Bu vəziyyət daha çox onların siyasi maraqlarını təmin etmək üçün ortaya çıxan bir vəziyyət kimi qiymətləndirilə bilər.

"Suriyanın yeni hakimiyyət orqanları ərazidə genişmiqyaslı zorakılıqlar törədib. Silahlı qüvvələr fərq qoymadan Ələvilərin evlərinə atəş açıb, onlara məxsus avtomobilləri məhv ediblər. Hazırda Suriya sahil zolağının böyük əraziləri müxalif qüvvələrin nəzarəti altındadır."


Sizin reklam burada
Sizin reklam burada