"Ortada faktlar var, Ermənistan rəhbərliyi bundan yayına bilməz..."- Rasim Musabəyov

"Ortada faktlar var, Ermənistan rəhbərliyi bundan yayına bilməz..."- Rasim Musabəyov
08 Mar 2025 12:24

"Ermənistan rəhbərliyi başa düşür ki, Azərbaycanda məhkəmə prosesi gedir və bu proses Ermənistanın hərbi cinayətkarları və sifarişçi rejimin rəhbərləri ilə bağlıdır."

Milli Məclisin deputatı Rasim Musabəyov bu sözləri News365.az-a açıqlamasında deyib.  

"Onlar anlayırlar ki, bu proses nəticəsində Ermənistanın ən yüksək hərbi və siyasi rəhbərliyi məsuliyyətə cəlb olunacaq. Bu məsuliyyətdən yayınmaq üçün isə əvvəlcədən bu məhkəmə prosesini qaralamağa və onun əhəmiyyətini sıfırlamağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər.

Azərbaycan Prezidentinin köməkçisi də bildirdi ki, ortada faktlar var və bu faktlardan yayınmaq mümkün deyil. Vaxtilə, 19-cu əsrdə Azərbaycan Ermənistana qarşı hesabat xarakterli sənəd yaymışdı ki, burada konkret olaraq Ermənistan və Azərbaycan arasında törədilmiş cinayətlər öz əksini tapmış və sübutlarla təqdim edilmişdi.

Ona görə də, ən doğru addım Ermənistan tərəfindən atılardı ki, Azərbaycanla birlikdə bu faktları qəbul edərək Azərbaycan-Ermənistan münaqişəsinə son qoysunlar. Bu məsələlərdə əlləri qana batmış şəxslər isə mütləq cavab verməli və məhkəmənin qərarlarına hörmətlə yanaşmalıdırlar."


Sizin reklam burada
Sizin reklam burada