Ermənistanda korrupsiya problemi hələ də həll olunmayıb: Tənqidçilərə təzyiq güclənir

Ermənistanda korrupsiya problemi hələ də həll olunmayıb: Tənqidçilərə təzyiq güclənir
11 Dek 2025 09:29

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət Ermənistanda korrupsiyaya qarşı mübarizədə son illərdə nəzərəçarpacaq nəticə əldə etməyib.

News365.az fransızdilli “armenews.com” portalına istinadən yazır ki, “Transparency International” təşkilatının tərəfdaş qurumu olan Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi (AKM) hökumətin tənqidçilərə qarşı artan təzyiqlərini və inzibati resurslardan geniş istifadəsini ciddi narahatlıqla qarşılayıb. Qurumun fikrincə, bu vəziyyət gələn il Ermənistanda keçiriləcək parlament seçkilərinin azad və ədalətli şəkildə təşkilinə ciddi kölgə salır.

Məlumatda qeyd olunur ki, 2025-ci ilin əvvəlində dərc edilən hesabatda Ermənistanın 2024-cü il üzrə Korrupsiyanı Qavrama İndeksində göstəricisi 47 balla dəyişməz qalıb. Bu isə ölkədə korrupsiya ilə mübarizədə irəliləyişin olmadığını göstərir.

Hesabatda həmçinin bildirilir ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələrkən korrupsiyanı sistematik şəkildə aradan qaldırdığı barədə açıqlamalar verib. Lakin son illərdə onun yaxın çevrəsinin vəzifə səlahiyyətlərini şəxsi və ailə maraqları üçün istifadə etməsi ilə bağlı mediada ittihamlar artır. Bu iddialarla bağlı heç bir məsuliyyət tədbiri görülmədiyi halda, hökumət tənqidçilərə qarşı konstitusiyaya zidd sayılan repressiyalara başlamaqda ittiham olunur.


Sizin reklam burada
Sizin reklam burada