“Ermənistanda kilsənin nüfuzu Azərbaycanın qələbəsindən sonra dağıldı”- Politoloqdan şərh

“Ermənistanda kilsənin nüfuzu Azərbaycanın qələbəsindən sonra dağıldı”- Politoloqdan şərh
06 İyn 2025 14:23

Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Qələbə, Ermənistanı kapitulyasiyaya məcbur etməsi və ardınca keçirilən antiterror tədbirləri nəticəsində ölkəmiz öz tam suverenliyini bərpa etdi. Bu hadisələrdən sonra Ermənistanda və ümumilikdə bölgədə yeni geosiyasi reallıqlar formalaşdı.

Bu fikirləri politoloq Sahil Kərimli News365.az saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2020-ci ilə qədər Ermənistanda kilsənin və din xadimlərinin cəmiyyətdə müəyyən nüfuzu var idi. Lakin Azərbaycanın Qələbəsindən sonra bu nüfuz tamamilə aradan qalxdı.

“Hazırda Ermənistanda kilsə və din xadimləri ictimai-siyasi proseslərə təsir göstərə bilmir. Onlar sadəcə müəyyən bir qrupdan ibarətdir və əvvəlki illərdə olduğu kimi siyasi gərginlik yaratmaq, işğalçılıq və radikalizm meyillərini yenidən gündəmə gətirmək istəyirlər. Kritik kütlə formalaşdırmaqla etirazlara zəmin yaratmaq niyyətindədilər. Lakin bu, artıq mümkün deyil”, – deyə politoloq vurğulayıb.

Sahil Kərimli qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Ermənistan cəmiyyəti də bu reallığı anlamış vəziyyətdədir.

“Türk İlliyinin və Azərbaycan Ordusunun Qələbəsi Ermənistan üçün sarsıdıcı məğlubiyyət oldu. Artıq erməni xalqı da başa düşür ki, illər boyu ciddi səhvlərə yol veriblər”, – deyə politoloq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada