Ermənistanda ABŞ ilə birgə “Eagle Partner 2025” hərbi təlimləri başlayıb.
News365.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Təlimin açılış mərasimində Ermənistan müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Asryan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn və digər yüksəkvəzifəli hərbçilər iştirak edib.
Qeyd edək ki, avqustun 12-dən 20-nə qədər davam edəcək təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçiləri, ABŞ-nin Avropa və Afrikadakı Quru qoşunlarının, eləcə də Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri iştirak edir.