Abdin Fərzəliyevə arxalanan qudası sahibkar qadını küçəyə atdı- VİDEO

Abdin Fərzəliyevə arxalanan qudası  sahibkar qadını küçəyə atdı- VİDEO
14:54

Daha bir sahibkar məmur özbaşnalığından şikayətçidir. Bu dəfə özbaşnalıqla üzləşənsə qadın sahibkar İlhamə Məmmədovadır. Şikayətçi olduğu isə məmur qohumu Rövşən Bayramovdur.

News365.az xəbər verir ki, qadın sahibkar üzləşdiyi özbaşnalıqla bağlı Respublika Prezidenti İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya sosial şəbəkə üzərində video müraciət edib.

Müraciətdə deyilir ki, o bir müddət əvvəl Nərimanov rayonu ərazisindəki “Gənclik” şadlıq sarayının sahibi Rövşən Bayramovun vədlərinə inanaraq, həmin obyekti işlətmək üçün icarəyə götürüb. Razılığa əsasən o şadlıq evinin təmirinə 125 min manat xərcləyib. Lakin bir illik müqavilənin olmasına baxmayaraq 4 ay sonra Rövşən Bayramov icarə haqqını 5 dəfə artırıb. Bu səbəbdən də İlhamə xanım şadlıq evininin işlətməkdən imtina edib. Və Rövşən Bayramovdan təmirə xərclədiyi 125 min manatı geri istəyib. Lakin Rövşən Bayramov nəinki pulu geri qaytarmayıb, hətta ona hədə-qorxu gəlib.

İlhamə Məmmədova qeyd edir ki, Rövşən Bayramovun bu özbaşnalığının səbəbkarı Nərimanov rayonunun keçmiş, Abşeron rayonunun hazırkı icra başçısı Abdin Fərzəliyevdir. Çünki Rövşən Bayramov Abdin Fərzəliyevlə quda və biznes ortağıdır.

Daha ətraflı aşağıdıkaı linkdə:

News365.az

https://www.facebook.com/reel/1702481847779419


Sizin reklam burada
Sizin reklam burada